Ötən ay İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb - FOTO

Ötən ay İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb - FOTO backend

Ötən ay İmişli rayonunda keçirilən mərasimdə 73 nəfərin zərər çəkdiyi kütləvi zəhərlənmə hadisəsi məişət zəminində baş verib.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, daxil olan bildiriş əsasında AQTA-nın Mil-Muğan regional bölməsinin əməkdaşlarının götürdüyü nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib.

Məlumata görə, E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər.