Peskov Putinin ad gününü necə qeyd etdiyindən danışıb

Peskov Putinin ad gününü necə qeyd etdiyindən danışıb backend

Putin ad günündə Sankt-Peterburqa səfər edib və hərbçilərlə görüş keçirib.

Rusiya prezidenti Vladimir Putin 73 yaşını Sankt-Peterburqda keçirib, burada Petropavlovsk kilsəsini ziyarət edib və hərbi komandanlıqla görüş keçirib. 

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, görüş zamanı Rusiya lideri cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb.

Kreml sözçünün sözlərinə görə, Putin səhər saatlarında müdafiə naziri Andrey Belousov, FTX direktoru Aleksandr Bortnikov və Baş Qərargah rəisi Valeri Gerasimovun müşayiəti ilə Petropavlovsk kafedralını ziyarət edib. Prezident onu müşayiət edən şəxslərlə birlikdə I Pyotrun məzarı önünə gül dəstələri qoyub, məbədin abbatı ilə söhbət edib.

Mətbuat katibi onu da bildirdi ki, həmin gün Sankt-Peterburqda müşavirə keçirilib və orada Gerasimov və qoşun qruplarının komandirləri Ali Baş Komandana əməliyyat vəziyyəti barədə məlumat veriblər.

QAZİLER.AZ