Postmüharibə dövründə 27,8 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib

Postmüharibə dövründə 27,8 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib backend

Möhtəşəm Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir.

Qaziler.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 27,8 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Onlardan 13,3 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 13,2 min şəxs isə münasib işlərlə təmin edilib. 

Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1,3 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub.