9 ayda 40,4 min şəxsə əlillik təyin olunub - FOTO

9 ayda 40,4 min şəxsə əlillik təyin olunub - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 40,4 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, onlardan 18,3 min şəxsə ilkin, 22,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.