İslam Partiyasının keçmiş sədr əvəzi MTN-də sorğu-sual edilib

İslam Partiyasının keçmiş sədr əvəzi MTN-də sorğu-sual edilib backend

İslam partiyasının keçmiş sədr əvəzi Elçin Manafov saxlanılması ilə bağlı xəbəri təkzib edib. O, “Turan”a açıqlamasında bildirib ki, dünən MTN-ə dəvət olunub və orada 3 saatlıq söhbətdən sonra sərbəst buraxılıb.


Bununla belə, E.Manafov həmin söhbətin detallarını açıqlamayıb.

* * *13:12

Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi hacı Elçin Manafov saxlanılıb.

Azadliq.info-nun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu dünən saxlayıblar.

Buna baxmayaraq, indiyədək onun harada olduğu barədə məlumat yoxdur.