Vəziyyəti ağırlaşan Əlisəmid Kür xəstəxanadan evə gətirilib - RƏSMİ AÇIQLAMA

Vəziyyəti ağırlaşan Əlisəmid Kür xəstəxanadan evə gətirilib - RƏSMİ AÇIQLAMA backend

Şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu.

"Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub", - məlumatda vurğulanıb.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.