Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

QAZİLƏR.AZ saytı xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Departamentindən APA-ya daxil olan məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Yanvarın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Yanvarın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Şirvanda isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2014-cü il yanvarın 26-da 402 sm), Şirvanda 229 sm (2014-cü il yanvarın 26-da 301 sm), Salyanda 184 sm (2014-cü il yanvarın 26-da 255 sm), Bankədə 189 sm (2014-cü il yanvarın 26-da 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2014-cü il yanvarın 26-da 175 sm) təşkil edir.
Diaspora