Filippin sahillərində 6,9 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 6,9 bal gücündə zəlzələ baş verib backend

Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə məlumat sentyabrın 30-da Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin rəsmi saytında dərc olunub.

Zəlzələnin episentrinin Boqo şəhərindən 18 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşdiyi bildirilir.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

QAZİLER.AZ