Əməkdar artist Cabir İmanovun nəşi Əjdərbəy məscidindən evinə aparılıb.
Oxu.Az xəbər verir ki, onunla vida mərasimi sabah keçiriləcək.
Qeyd edək ki, Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.