İsveç "Ukraine Facility"nə əlavə vəsait ayıran ilk Aİ ölkəsi oldu. Bu, Ukraynanın proqramın göstəricilərini yerinə yetirməklə əldə edə biləcəyi təxminən 3 milyard qrivna təşkil edir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ali Radaya istinadən məlumat yayıb.
Stokholmun"Ukraine Facility"nə maliyyə töhfəsi Büdcə Komitəsinin sədri Roksolana Pidlasa və İsveçin Ukraynadakı səfiri Martin Aberq arasında keçirilən görüşdən sonra açıqlanıb.
Pidlasa qeyd edib ki, Ukraynanın büdcə kəsirinin miqyasını nəzərə alsaq, İsveçin 3 milyard qrivna əlavə töhfəsi böyük məbləğ olmasa da, yenə də bəzi ehtiyacları ödəyə bilər.
QAZİLER.AZ