Bakıda inşa ediləcək daha bir metro stansiyasının yeri müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, yeni tikiləcək metro stansiyalarından biri "Port Baku" yaşayış kompleksinin yaxınlığında olacaq:
"Həmin stansiyaya metronun "Xətai" stansiyasının yaxınlığında "yaşıl xətt"ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq".