Metronun “Sahil” stansiyası yaxınlığında daha bir stansiya tikiləcək

Metronun “Sahil” stansiyası yaxınlığında daha bir stansiya tikiləcək backend

Metronun “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“”Avtovağzal”dan hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan Sahil stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək”, - deyə B.Məmmədov əlavə edib.