Coratda qaz təchizatı dayandırılacaq

Coratda qaz təchizatı dayandırılacaq backend

Sumqayıt şəhər Corat qəsəbəsində yeni balans qovşağının quraşdırılması ilə əlaqədar olaraq saat sentyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatana qədər 1 300 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

"Qaz İstismar İdarəsi abonentləri müvəqqəti narahatlığa görə üzr istəyir və təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir",- məlumatda qeyd olunub.