İmişlidə toyda kütləvi zəhərlənmə olub

İmişlidə toyda kütləvi zəhərlənmə olub backend

İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.

"Report"un məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Sentyabrın 23-də baş tutan toy mərasimində iştirak etmiş 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.