Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb backend

Noyabrın 30-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 183 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Bu məntəqədə su sərfi saniyədə 87 kubmetr olub.

Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 374, Şirvanda 231, Salyanda 195, Bankədə 179, Novruzlu məntəqəsində isə 105 santimetrdir.