Şagirdlər köhnə geyimlərdən müxtəlif oyuncaqlar hazırladılar

Şagirdlər köhnə geyimlərdən müxtəlif oyuncaqlar hazırladılar backend

“Təmiz Şəhər” ASC Bakı Oksford Məktəbinin şagirdləri üçün ustad dərsləri təşkil edib. ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mütəxəssislər məktəblilərə lazımsız əşyalardan və tullantı materiallarından əl işləri hazırlamağı öyrədiblər.


Dərslərdə şagirdlər köhnə geyimlərdən, müxtəlif parça hissələrindən, pambıq və iplərdən müxtəlif oyuncaqlar hazırlayıblar. Məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab olunan materiallardan istifadənin mümkünlüyünün təbliğ edilməsidir.

“Təmiz Şəhər” ASC mütəmadi olaraq ustad dərsləri və fərqli layihələrlə ətraf mühitin qorunması sahəsində maarifləndirmə işləri görür.