Naxçıvanda "Suverenlik yürüşü" keçirilib

Naxçıvanda "Suverenlik yürüşü" keçirilib backend

Naxçıvan şəhərində Dövlət Suverenliyi Gününə həsr olunmuş yürüş keçirilib.

"Report" xəbər verir ki, yürüş "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə baş tutan yürüş Zəfər Parkından başlayaraq şəhərin mərkəzi meydanında yerləşən Heydər Əliyev Muzeyinin qarşısına qədər davam edib.

Keçirilən yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları, tələbələr, gənclər, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Yürüş iştirakçıları Azərbaycan bayraqları ilə şəhərin mərkəzi küçələrində addımlayaraq dövlətin suverenliyi, müstəqilliyin qorunması və milli birliyin gücləndirilməsi istiqamətində həmrəylik nümayiş etdirib, şəhidlər və vətənpərvərlik haqqında şüarlar səsləndiriblər.