Bu gündən etibarən BakuBus hava limanı ilə metronun 28 May stansiyası arasında yeni marşrut xəttini və avtobusları istifadəyə verib. Lent.az xəbər verir ki, 48 nəfərlik tutumlu Neoplan markalı avtobuslarda gediş haqqı 1 manat 30 qəpikdir. Avtobusda mini mətbəx, soyuducu simsiz internet şəbəkəsi və ayaqyolu kimi xidmətlər də təqdim olunub.
Bu xətt üzrə hələlik 5 avtobus hərəkət edəcək.Yeni marşrut xəttində gediş haqqı Bakıkartla ödənəcək. Bu marşrutda sərnişinlərin ayaq üstə getməsinə icazə verilməyəcək.