Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB backend

Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.

Apa xəbər verir ki, bu mərhələdə köçürülən 139 nəfərdən ibarət 32 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

***

15.22

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Apa-nın bölgə müxbiri xəbər verir ki, bu gün 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülüb.