Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb

Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb backend

Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

Qaziler.az-ın trend-ə istinadən xəbərinə görə, 15 ailə olmaqla 46 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.

Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.

XXX

11:49

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Qaziler.az-ın trend-ə istinadən xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 15 ailə olmaqla 46 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb.

Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu köç mərhələsi də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu kəndinə isə cəmi 69 ailə 237 nəfər köçürülüb.