Noyabrın 27-də səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmir Mərkəzi rayon xəstəxanasında Kürdəmir, Ucar, Zərdab, Göyçay, Ağdaş rayon sakinlərini qəbul edib. Səhiyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 22 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.