Hökumət borc qalmaqalına müdaxilə etdi. Azərbaycan Hökumətinin müvafiq göstərişinə əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.
SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.
Qeyd edək ki, borc qalmaqalına görə əhali 13 gündür istiliksiz qalmışdı.