Bakıda 14 yaşlı bacısı oğluna işgəncə verib xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova həbs edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sabunçu Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində hər iki valideynini itirən 14 yaşlı oğlanın xalasının himayəsində işgəncələrə məruz qalması barədə sosial şəbəkələrdə paylaşım edilmişdi.
Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və araşdırmalara başlanılmışdı. Fakta görə Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb və G.Novruzova saxlanılıb.