Rusiyalılar Bakıya qəhrəman şəhər adı verilməsini dəstəkləyir

Rusiyalılar Bakıya qəhrəman şəhər adı verilməsini dəstəkləyir backend

“Vesti FM” radiosunun “Günün sualları” verilişində mövzu Azərbaycan parlamenti deputatlarının Bakıya Qəhrəman Şəhər adı verilməsi ilə bağlı Rusiyaya müraciətinə həsr olunmuşdu. Qazilər.az saytının bildirdiyinə görə verilişdə Azərbaycan parlamentinin birinci vitse - spikeri Ziyafət Əsgərovun: “Dünya Böyük Vətən Müharibəsi zamanı Bakı nefti və Bakı neftçilərinin əməyi ilə bağlı tarixi həqiqəti bilməlidir” fikrinə münasibət bildirilib. Verilişin aparıcıları Georgi Saralidze və Yelena Şedrunova bu mövzunu müzakirə edərkən radio dinləyicilərinə də belə bir sualla müraciət ediblər: “Keçmiş Sovet İttifaqına daxil olmuş ölkə və şəhərlərə Böyük Qələbənin qazanılmasında öz paylarını qeyd etmək arzusuna imkan verilməlidirmi?”

Dinləyicilərin əksəriyyəti bu təşəbbüsü dəstəkləyiblər. Aparıcının: “Arxadakı Qəhrəman Şəhər ”- yeni ad ideyası səsləndirildikdən sonra bəzi dinləyicilər “Qəhrəmanlar şəhəri” variantını önə çəkiblər. Bir çoxları Böyük Vətən Müharibəsi zamanı hər bir şəhər və ölkəyə öz xidmətlərinə görə qiymət verilməsi tərəfdarı olublar.

Verilişin aparıcısı Qeorgi Saralidze bildirib ki, o, Azərbaycan deputatlarının Bakıya “Qəhrəman Şəhər” adı verilməsi istəyi çox ciddi bir məsələdir.
“Böyük Qələbənin bir hissəsi olmaq istəyən bu ölkənin doğrudan da Qələbənin bir hissəsi olduğunu tarix də sübut edir ”. O dövrdə Qələbəyə kömək edən Azərbaycan neft buruqlarındakı əməyi xatırladan aparıcı bildirib ki, biz bunu qəbul etməli və digər postsovet məkanı ölkələrinə də bu təşəbbüsə qoşulmaq təklifini verməliyik.

Saralidze xatırladıb ki, bir çox şəhərlər arxa cəbhədə Qələbəyə öz böyük töhfələrini veriblər. Bir çoxları müdafiədə iştirak edərək ön cəbhədə qələbənin qazanılmasını əməklə təmin ediblər. Bakı nefti cəbhədə tankların, hərbi maşınların, hərbi təyyarələrin yanacaqla təmin edilməsində hava kimi gərəkli idi.

Saralidze onu da diqqətə çatdırıb ki, Böyük Qələbə keçmiş Sovet İttifaqı ölkələrinin birgə işi idi.
Diaspora