Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 500 min nəfərə sosial müavinət, 405 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 655 mln. manat, Prezident təqaüdləri üzrə 415 mln. manat ödənilib.
Cari ilin 7 ayında 94 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 816 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
