Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 5 mini təkərli oturacaq (o cümlədən 45-ü mühərrikli təkərli oturacaq), 1,5 mini aşağı və yuxarı ətraf protezi, 3,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 6,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 344 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Cari ilin 7 ayında əlilliyi olan 9,5 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.