Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlanıb backend

Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 milyon 773 min manat təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% çoxdur.

Altı ayda Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 3 milyon 644 min manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 1,3% artım deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 13% artaraq 129 min manat olub.