Prezident Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Prezident Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi backend

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.