Həmkarlar İttifaqı üzvlərinin adlı siyahısı təsis olunub

Həmkarlar İttifaqı üzvlərinin adlı siyahısı təsis olunub backend

Həmkarlar İttifaqı üzvlərinin ilk dəfə olaraq adlı siyahısı təsis edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov mətbuat konfransında deyib.

O qeyd edib ki, 950 mindən çox şəxsin məlumatları artıq toplanıb.

E.Ziyadov Konfederasiyada bütün sənəd dövriyyəsinin elektronlaşdırıldığını vurğulayıb.