Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib

Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib backend

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Qaziler.az "Report"a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfərə hücum edərək onları dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.