Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzasında xəsarət alanların vəziyyəti  AÇIQLANDI backend

Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.