İsmayıllının Talıstan kəndində yeni körpü tikilir

İsmayıllının Talıstan kəndində yeni körpü tikilir backend

İsmayıllı rayonunda 2400 nəfər əhalisi, 700-ə yaxın təsərrüfatı olan Talıstan kəndində yeni körpünün inşasına başlanılıb. Körpü kəndi iki hissəyə ayıran Talıstan çayı üzərində tikilir.

AZƏRTAC xəbər verir ki, dövlət vəsaiti hesabına inşa olunan körpünün uzunluğu 11, eni isə 5,5 metr olacaq. İlin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan yeni körpü sel suları zamanı kənddə yaşanan problemi tamamilə aradan qaldıracaq. Belə ki, yağışlı günlərdə, çayda suyun səviyyəsi artanda köhnə körpüdən istifadə təhlükəli olur, gediş-gəliş çətinləşirdi.