Gəncədə yaşayış evindən 13 yaşlı oğlanın meyiti tapılıb.
APA-nın məlumatına görə, Gəncənin Cavadxan qəsəbəsində yerləşən evdən 2012-ci il təvəllüdlü H. İsmayılova məxsus meyit aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Hazırda araşdırma aparılır.