Çıxışları ilə gündəm olan Fərhad Pərvizi vəzifəsindən azad edilib - RƏSMİ CAVAB

Çıxışları ilə gündəm olan Fərhad Pərvizi vəzifəsindən azad edilib -  RƏSMİ CAVAB backend

"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizi vəzifəsindən könüllü şəkildə ayrılıb".

Bunu  "Baker Tilly Azerbaijan" şirkətindən bildiriblər.

Qeyd olunub ki, "Baker Tilly Audit Azərbaycan" şirkətində bir il müddətində biznes və məsləhət xidmətləri direktoru vəzifəsində çalışan Fərhad Pərvizi avqustun 4-də şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb:

"O, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib.

Fərhad Pərvizi ilə əməkdaşlıq qarşılıqlı anlaşma və peşəkar yanaşma çərçivəsində rəsmi olaraq tamamlanıb, onun şirkətlə olan bütün hüquqi və ictimai əlaqələri - o cümlədən "LinkedIn" profili üzərindən - rəsmən sonlandırılıb. Qeyd edək ki, əmək fəaliyyəti dövründə Fərhad bəyin peşəkar xidmətləri hər zaman yüksək qiymətləndirilib və məmnunluqla qarşılanıb".

Şirkət Fərhad Pərvizi barəsində yayılan iddialara da cavab verib:

"Təəssüflə qeyd edirik ki, bu gün bəzi sosial media istifadəçiləri və səhifələri tərəfindən yayılan əsassız və yönləndirilmiş məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Yayılan iddialar həqiqəti əks etdirmir və bu cür yanaşmaları qərəzli və məqsədli nüfuz zədələməsi kimi qiymətləndiririk".