Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Səmədov saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.