İyulda temperatur iqlim normasından yuxarı olub

İyulda temperatur iqlim normasından  yuxarı olub backend

2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub.

Bu barədə açıqlama Milli Hidrometeorologiya Xidmətindən verilib.

Qeyd olunub ki, havanın orta aylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır.

Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.