"Bakı Metropoliteni" departament rəislərinin işdən çıxarılması iddiasına aydınlıq gətirdi

"Bakı Metropoliteni" departament rəislərinin işdən çıxarılması iddiasına aydınlıq gətirdi backend

"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qaziler.az bildirir ki, qurumdan verlən məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb.

Qurumun Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.