Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi avqustun 4-də, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, ictimai xadim, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev bu gün günorta saatlarında 82 yaşında vəfat edib.