Sabah Abşeron çimərliklərində 30 dərəcəyədək isti olacaq

Sabah Abşeron çimərliklərində 30 dərəcəyədək isti olacaq backend

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +28 dərəcədən +29 dərəcəyədək, Cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) isə +29 dərəcədən +30 dərəcəyədək olacaq.