Azərbaycanlı idmançı faciəli şəkildə həyatını itirdi

Azərbaycanlı idmançı faciəli şəkildə həyatını itirdi backend

"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun idmançısı və sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib.

Bu barədə Oxu.Az-a açıqlama verən Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli bildirib ki, gənc idmançı Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Ülviyyə Əhmədova 20 yaşı var idi.