“Laçın Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib

“Laçın Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının təşkilatçılığı ilə “Laçın Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Qaziler.az bu barədə nazirliyə istinadla xəbər verir. 

Yaxın vaxtlarda Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüş çərçivəsində müəssisənin fəaliyyəti ilə tanışlıq olub.

İşğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub, icra olunan məşğulluq proqramları barədə işəgötürənlərə məlumat verilib.

Həm işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, həm də doğma yurdlarına köçürülmüş sakinlərin məşğulluğunun təmin olunması istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.