Postmüharibə dövründə 131 min şəxsə 391 min xidmət göstərilib

Postmüharibə dövründə 131 min şəxsə 391 min xidmət göstərilib backend

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Qaziler.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi üzrə postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 25 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 83,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 min reabilitasiya vasitəsi, o cümlədən 493 şəxs 611 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 27 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

Qeyd olunan sosial dəstək paketi ümumilikdə 131 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 391 min xidmət göstərilib.