Sabunçu rayonunda, Pirşağı çimərliyində iki nəfər boğulub.
APA-nın xəbərinə görə, hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb.
İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub. Onun da meyiti sudan çıxarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.