Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı təsdiqlənəcək

Bu ilin sonunadək daha 230 peşə və kvalifikasiya standartı təsdiqlənəcək backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1400-dək, o cümlədən son aylarda 70 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.  

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Hazırda proses davam edir və cari ilin sonunadək əlavə 230 standartın hazırlanıb təsdiq edilməsi nəzərdə tutulur.

Təsdiq edlən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilir.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əhatə edir.

Bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas bazadır.