Daşkəsəndə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Daşkəsəndə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub backend

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Daşkəsən rayonunda 257 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri - müharibə ilə əlaqədar əlilliyi olan Nəsibov Tural Əbutalıb oğlu və Ağayev Seyidəmir Mirağa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə T.Nəsibov üçün dəmirçi sexi, S.Ağayev üçün isə dülgər sexi qurulub.  Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd  edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Daşkəsən rayonunda 257 şəxs üçün kiçik təsərrüfatlar qurulub.