Lerik rayonunun Tikəband və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində iyulun 24-də baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Tikəband kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.
Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb.
Durğan kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.
M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.