"Doğma yurda qovuşmağa görə çox qürurluyam. Həsənrizdən məcburi köçkün düşəndə 6 yaşım vardı. Ali Baş Komandanın əmri ilə həm ərazi bütövlüyümüzün bərpasını təmin etdik, həm də qisasımızı aldıq".
Bu sözləri Apa-nın Qarabağ bürosuna bu gün Ağdərənin Həsənriz kəndinə köçən 44 günlük Vətən müharibəsinin qazisi Xəyyam Fətəliyev bildirib.
O, Həsənrizə dönməyi həyatının ən əlamətdar günü hesab etdiyini deyib: "Bir neçə dəfə yaralanmışam. Həmişə bu günün gələcəyinə inanırdım. İndi kəndə övladlarımla gedirəm. İnşallah, doğma yurdun çiçəklənməsi üçün əlimdən gələni əsirgəməyəcəm".