Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə Sumqayıt şəhərində də keçirilən tədbir digər tədbirimiz kimi Şəhidlər Xiyabanın ziyarəti ilə başlayıb.
23 iyul 2025-ci il tarixində səhər saat 10-00 da Sumqayıt şəhərində Şəhidlər Xiyabanı ziyarət edildi. Şəhid Saleh Nuriyevin məzarının ziyarətinə gedərkən onun məzarı yanında dəfn edilmiş, 23 iyulda doğum günü olan şəhidimiz Eldar Abdullayevin də məzarı ziyarət edildi. Bu gün xatirə günü keçiriləcək dörd şəhiddən yalnız birinin məzarı var. Biz də məzarı olan şəhid Saleh Nuriyevin məzarını ziyarət etdik. Şəhidimizin anası və ailə üzvləri də bizimlə bərabər xiyabana gəldilər. Silahlı qüvvələr veteranı Mətanət xanım Məhərrəmovanın oğlu şəhid Elçin Hüseynovun məzarını da ziyarət edildi.
Kamran Nurulla oğlu Orucov - 1992-ci ildən itkin şəhid...
Saleh Səxavət oğlu Nuriyev 2020-ci il şəhid olub...
Pənah Ağa oğlu Məhərrəmov 1993-cü ildən itkin şəhid...
Arif Ağa oğlu Rüstəmov 1994-cü ildə itkin şəhid...
Şəhidlər Xiyabanının ziyarətindən sonra Sumqayıt şəhərində yerləşən "Turan" adlı məkanda dörd şəhidimizin xatirəsi yad edildi. Üç nəfər itkin şəhid, bir nəfəri isə 2020-ci il şəhid olmuş, itkin şəhidlərimizdən biri, Orucov Kamran Nurulla oğlunun bacısı oğlu Saleh Nuriyevdir.
Şəhidlər Xoyabanının ziyarətindən sonra başlanılan tədbiri giriş sözü ilə layihə rəhbəri Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimai Birliyinin sədri Radə Abbas açaraq, şəhid ailələrini salamladı. Radə Abbas layihə haqda məlumat verdikdən sonra Azərbaycanın müstəqilliyi və Ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Soydaşlarımızın həyatının və döyüş yolunun, mübarizliyin, vətənsevərliyin gələcək nəsillərə çatdırılması məqsədi ilə dörd şəhidimizə rejissor Etibar Məmmədovun hazırladığı, səsəli foto-slayd disklərə köçürülərək, şəhid ailələrimizə hədiyyə edildi.
Çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin qeyd edilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə keçirilmiş tədbirin foto-video materiallarını hazırlandı. Çəkliş montaj edilərək sosial şəbəkələrdə yayımlanacaq. Bununla da layihənin daha çox insana çatdırılması baş tutacaq.
Tədbirdə hər kəs - ən əsası isə şəhid anaları ürək sözlərini söylədilər. Tədbirin bu şəkildə keçirildiyi üçün təşəkkür etdilər. Şəhid anaları bildirdilər ki, bizə maddi deyil, mənəvi dəstək, beləcə bizi bir yerə yığıb dərdimizi paylaşmaq lazımdır: "Bu layihədə isə bizə lazım olan edildiyi üçün sizlərə təşəkkürümüz sonsuzdur", - şəhid anası Ülviyyə xanım deyib.
23 iyul 2025-ci il tarixində saat 10-00 da Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin ziyarəti ilə başlayan tədbirimiz "Turan" resotoranında, çay süfrəsi arxasında davam etdi. Şəhidlərin ehsanına çay və şirniyyat süfrəsi açıldı. Tədbirdə açılan şirniyyat süfrəsinin təşkili üçün bütün şirniyyatları “BANU” şirniyyat evinin rəhbəri Samir Süleymanov hədiyyə etmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin, ruhu şad, məkanı cənnət olsun!
Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas / QAZİLER.AZ




















