"OBA Market"ə protokol yazıldı: məhsulu göstərilən qiymətdən baha satıb

"OBA Market"ə protokol yazıldı: məhsulu göstərilən qiymətdən baha satıb backend

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən " OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Qaziler.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.