İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun iclası olub

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun iclası olub backend

Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun iclası olub.

Qaziler.az xəbər verir ki, işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsas götürülməklə ölkəmizdə dinamik sosial-iqtisadi inkişafın uğurla davam etdiyini bildirib.

Müəyyən olunmuş “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti üzrə də mühüm irəliləyişlərin əldə edildiyi qeyd olunub. Son illər aparılan ardıcıl və genişmiqyaslı sosial islahatlarla əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğu diqqətə çatdırılıb. Habelə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, inklüzivliyin təmin edilməsi, aktiv məşğulluq proqramlarının genişləndirlməsi sahələrində mühüm addımlar atıldığı vurğulanıb.

2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının da ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, sosial xidmətlər, inklüziv cəmiyyətin inkişafı sahələrində əldə olunan nailiyyətlərin davam etdirilməsi məqsədinə xidmət edəcəyi bildirilib.

İclasda qeyd edilən Strategiya layihəsinin hazırlanması üzrə İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu tərəfindən görüləcək işlər müzakirə olunub.